İsveçli hücumçu “Sportinq”ə qayıtmaq istəmir

Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereş komandasına qayıtmaq niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” nəşri məlumat yayıb.

İsveçli forvard yeni mövsümə hazırlıq prosesində iştirak etmək istəmir və yay transfer pəncərəsi çərçivəsində klubunu dəyişmək niyyətindədir.

27 yaşlı futbolçuya İngiltərə Premyer Liqasının top-klubları – “Arsenal”, “Mançester Yunayted” və “Liverpul”dan maraq olduğu daha əvvəl bildirilmişdi.

Qyokereş son mövsümdə Portuqaliya çempionatında 33 oyunda iştirak edib, 39 qol vurmaqla yanaşı, 7 məhsuldar ötürmə ilə də yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button