
Qyokereş seçimini edib
Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereş gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli futbolçu “Mançester Yunayted” və “Yuventus” klublarının təkliflərini rədd edərək, karyerasını Londonda davam etdirmək istəyir.
Qyokereş üçün “Arsenal”a keçid prioritet hesab olunur. Bundan əvvəl onun “Sportinq” prezidentinə klubdan ayrılmaq niyyətində olduğunu dediyi bildirilirdi.
27 yaşlı forvard 2024/25 mövsümündə 52 oyunda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



