
“Arsenal”ın futbolçusu yeni transfer haqda: “O, qorxuludur”
“Arsenal”ın müdafiəçisi Vilyam Saliba Viktor Qyokereşin İngiltərə klubuna keçidi ilə bağlı təəssüratlarını bölüşüb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, eyni zamanda, isveçli futbolçunun qorxulu olduğunu bildirib:
“Biz onun nə qədər yaxşı olduğunu bilirik, ona qarşı oynamaq qorxuncdur. Təbii ki, o, indi klubumuzda olduğuna görə çox şadam və əminəm ki, bizimlə qələbə qazanıb, kuboklar qazandıracaq. O, qorxuludur, çünki qol vuran hücumçuya qarşı oynayanda mümkün qədər diqqətli olmaq lazımdır”.
Qyokereş iyulun 26-da “Sportinq”dən “Arsenal”a keçib.
Londonlular mövsümə avqustun 17-də “Mançester Yunayted”lə səfər matçı ilə başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



