Yeni transfer “Arsenal”da Anrinin nömrəsini daşıyacaq

Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereş tezliklə “Arsenal”ın formasını geyinəcək.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “topçular” isveçli futbolçunun transferi ilə bağlı tam razılığa gəliblər və o, sabah tibbi müayinədən keçməlidir.

Qyokereş “Arsenal”da 14 nömrəli formanı geyinəcək. Məhz bu rəqəmin altında Tyeri Anri londonluların heyətində parlayıb. Fransalı forvarddan sonra bu nömrəni Teo Vatkot, Pyer Emerik Obameyanq və Eddi Nketia geyinib.

“Arsenal” son mövsümdə İngiltərə Premyer Liqasını turnir cədvəlinin 2-ci pilləsində tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button