İsveçli hücumçu “Arsenal”da

İsveç millisinin və Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereş karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli futbolçu “Arsenal”la 5 illik müqavilə imzalayıb.

Klublar arasında razılıq əldə olunub və transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

2023-cü ilin yayından “Sportinq”in formasını geyinən Qyokereş son mövsümdə 52 oyunda iştirak edərək, 54 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button