Arteta yeni transfer haqda: “Yüz faiz hazır olacaq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın yeni hücumçusu Viktor Qyokereşin hazırlıq səviyyəsi və əzmkarlığı barədə fikirlərini bölüşüb.

“Topçular” son yoxlama matçında “Vilyarreal”a 2:3 hesabı ilə məğlub olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispan mütəxəssis məğlubiyyətə baxmayaraq, Qyokereşin performansından məmnun qalıb:

“Qyokereş yüz faiz, bəlkə də, daha artıq səviyyədə hazır olacaq. O, öz gücünə çox inanır və tez uğur qazanmağa qadirdir. Bu həftə onun nə qədər motivasiyalı olduğunu açıq şəkildə gördüm”.

İsveçli forvard bu yay Lissabon “Sportinq”indən “Arsenal”a transfer olunub və klubla 5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button