Qvardioladan MS-dəki taleyi ilə bağlı açıqlama
UEFA tərəfindən iki mövsümlük avrokubok yarışlarından uzaqlaşdırılan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, bu qərardan sonra “şəhərlilər”dəki taleyinin necə olacağı haqqında danışıb:
“Harda oynamağımızdan asılı olmayaraq, yenə də burda olacam. Bizi 2-ci liqaya göndərsələr belə, komandada qalacam. İndi ayrılıq yox, birləşmə zamanıdır”.
UEFA tərəfindən həm də 30 milyon avro məbləğində cərimələnən klubun İngiltərənin 4-cü liqasına da göndərilə biləcəyi deyilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin