Qvardiolanın fransız lənəti
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Mançester Siti” Fransanın “Lion” klubuna məğlub olaraq (1:3), mübarizəni dayandırıb.
Komanda.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Fransa klubları ilə qarşılaşmasında növbəti dəfə uğursuzluq yaşayıb. Belə ki, “Mançester Siti” Pepin rəhbərliyi ilə ümumilikdə 5 dəfə fransızlara rəqib olub və bunların sadəcə birində qalib gəlməyi bacarıb – 2017-ci ildə Çempionlar Liqası matçında “Monako”nu 5:3 hesabı ilə məğlub edib. Səfər oyununda isə fransızlar 3:1 hesabı ilə qalib gəlib.
Bundan başqa, “şəhərlilər” keçən il də “Lion”dan zəif olub. Tərəflər Çempionlar Liqasının qrup mərhələsində qarşılaşıb. Fransada keçirilən oyun 2:2 hesablı bərabərliklə, İngiltərədəki görüş isə “Mançester Siti”nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bizi Facebook-da izləyin