Qvardiolaya dost məsləhəti

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın keçmiş köməkçisi Karles Planşar onun “Barselona”ya qayıtmaq istəməməsinin səbəblərindən danışıb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Planşar, Qvardiolanın “Mançester Siti”də uzun illər işlədiyi üçün klubla dərin emosional bağ qurduğunu bildirib:

“Bu, onun qərarıdır və cavabdehliyi də öz üzərindədir. Məncə, səbəb ondadır ki, Pep “Mançester Siti”də çox illər keçirdi. Bizə ailə kimi yanaşırdılar, öz evimizdəki kimi işləmək imkanı verirdilər. Pep nə “Barselona”da, nə də “Bayern”də bu münasibəti hiss etmişdi”.

Sabiq köməkçi əlavə edib ki, Qvardiola kimi hər bir məşqçi üçün 5–6 illik dövr ideal hesab olunur:

“Bu, təkcə Pepə aid deyil. Hər bir layihə bir neçə ildən sonra tükənir və bərpa dövrü lazımdır. Mən bir dost kimi deyərdim ki, Pep yeni layihə axtarsın, çünki onun qarşısında hələ uzun bir yol var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button