Qvardiola futbolçuları “üsyan”a çağırdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futboldakı sıx qrafiki şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həll yolunun etiraz etmək olduğunu bildirib:

“Yalnız bir həll yolu var: bütün oyunçular “dayan” deməyə qərar verirlər. Yalnız bundan sonra UEFA və FİFA reaksiya vermək və nəyisə dəyişmək məcburiyyətində qalacaq. Mən həmişə NBA-nı misal gətirirəm. Burada idmançılar 80 oyun oynayırlar, lakin sonra üç-dörd ay istirahət edirlər ki, bu da onların sağalmasına kömək edir. Qvardiolasız futbol davam edəcək, lakin oyunçularsız şou olmayacaq. Hər şey onlardan asılıdır”.

“Şəhərlilər” noyabrın 26-da evdə “Feyenoord”la Çempionlar Liqası matçı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button