
Flik “Barselona”da Qvardiolanın sistemini tətbiq etmək istəyir
Dünən “Barselona” və “Mançester Siti” yoxlama oyunu keçirib. Komandalar 2:2 hesablı heç-heçə edib, bundan sonra penaltilərdə kataloniyalılar qalib gəlib (4:1).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barsa”nın baş məşqçisi Hans-Diter Flik Pep Qvardioladan nümunə götürmək istədiyini etiraf edib:
“Budur, “Barselona”da biz Pep Qvardiolanın “Mançester Siti”də tətbiq etdiyi işə bənzər bir şey qurmaq istəyirik! Bu, bizim yolumuzdur”.
Qvardiola 8 ildir ki, “Mançester Siti”ni çalışdırır və bu müddət ərzində komanda bir çox kuboklar qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin