
Qvardiolanın yol müfəttişi ilə zarafatı
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yol müfəttişi ilə zarafat edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı məşqçi avqustun 21-də Mançesterdə avtomobili yanlış yerdə saxladığına görə cərimələnib. Problemi həll edəndən sonra yol müfəttişi məşqçidən birgə şəkil çəkdirməyi xahiş edib. Qvardiola bu xahişə zarafatla cavab verib:
“Foto çəkmək istəyirsən? Bunun üçün pul ödəməli olacaqsız!”
Premyer Liqanın iki turundan sonra “şəhərlilər” 6 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin