Haland Qvardiolanın MS ilə müqaviləsini uzadacağına ümid edir

“Mançester Siti”nin hücumçusu Erlinq Haland komandanın baş məşqçisi Pep Qvardiola ilə “şəhərlilər” arasında müqavilənin mümkün uzadılmasından danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, norveçli futbolçu müqavilənin uzadılacağına ümid etdiyini bildirib:

“Ümid edirəm ki, müqavilə uzadılacaq. İlk 2,5 ildə Qvardiola mənim üçün çox vacib idi. Kaş ki, burada mümkün qədər uzun müddət qalaydı. Mən onun rəhbərliyi altında işləməkdən həzz alıram”.

Haland 2022-ci ildən Mançester klubunun rənglərini qoruyur. Tərəflər arasındakı müqavilə 2027-ci ildə başa çatacaq.

25 yaşlı forvard cari mövsümdə keçirdiyi 16 oyunda 15 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button