Qvardiolanın heyət problemi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada “Sauthempton”la ev oyununa hazırlıq zamanı kadr problemi ilə üzləşib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”in heyətində Kayl Uolker və Kevin De Bruyne hələ yüz faiz sağalmayıblar. Ona görə də, qarşıdakı oyunda komandaya kömək etməyəcəklər.
Qvardiola hücumameyilli yarımmüdafiəçilər Cek Qriliş və Jeremi Dokunun da “Sauthempton”a qarşı oyunu buraxacaqlarını açıqlayıb.
“Mançester Siti” – “Sauthempton” matçı oktyabrın 26-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin