Qvardiola onu “Mançester Siti”də görmək istəyir
Lissabon “Sportinq”ində çıxış edən müdafiəçi Osman Diomande İngiltərə çempionatına keçə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Mançester Siti” 20 yaşlı futbolçunu transfer etmək istəyir.
“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Fil Dişi Sahilindən olan müdafiəçinin transferi ilə şəxsən maraqlanır. Onun transfer dəyəri 40 milyon avro qiymətləndirilir və “Sportinq”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir.
Diomande Portuqaliya çempionatının cari mövsümündə 4 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin