Qvardiola “Barselona”nın futbolçusunu istəyir

İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Dani Olmonun karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək variantı var.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, “Mançester Siti” 27 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola şəxsən Olmonun xidmətində maraqlıdır.

İspaniyalı oyunçunun “Barselona” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. O, bu mövsüm La Liqada 22 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button