Qvardiolanın Halanddan istəyi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 31-ci turunun “Lester”lə oyunundan sonra (3:1) hücumçu Erlinq Halandın çıxışını şərh edib.

Komanda.az “City Zone”-a istinadən xəbər verir ki, o, dubla imza atan forvardın titullar qazanmaq istədiyini dilə gətirib:

“Mən Halandın bütün mümkün rekordları qırmasını istəyirəm. Məncə, o, titullar qazanmaq istəyir. Əvəzləmədən sonra onun reaksiyası necə oldu? Erlinq hər zaman olduğu kimi, möhtəşəmdir”.

Norveç millisinin üzvü cari mövsümdə İngiltərə çempionatında 28 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button