Qvardiola: “Yayda bizə yeni müdafiəçi lazım olacaq”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yay transfer pəncərəsində komandada gücləndirmək istədiyi mövqeni açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis yayda onlara yeni müdafiəçinin lazım olacağını bildirib:

“Yayda bizə yeni müdafiəçi lazım olacaq. Aydındır ki, Niko Oreilli kömək edir, ancaq o, sol cinah müdafiəçisi deyil”.

“Mançester Siti” 32 turdan sonra 55 xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

“Şəhərlilər” növbəti turda səfərdə “Everton”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button