Qvardiolanın hazırda ən böyük arzusu
“Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola yarımmüdafiəçi Bernardo Silva və müdafiəçi Kayl Uolkerlə müqavilələrin mümkün uzadılması ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “BeanymanSports”-a istinadən xəbər verir ki, o, Silva və Uolkerlə işləməyə davam etmək istədiyini deyib:
“Hər ikisi ilə müqaviləni yeniləmək hazırda mənim ən böyük arzumdur. Ümid edirəm ki, bu, arzu kimi qalmaz və reallaşar. Həqiqətən, onlarla işləməyə davam etmək istəyirəm”.
Öncədən Silvanın “şəhərlilər”lə sözləşməni yeniləməklə bağlı şifahi razılıq verdiyi deyilirdi. Kayl Uolker də Mançester təmsilçisi ilə müqaviləni yeniləyə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin