Qvardiola məhkəməni gözləyir
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubun 115 maliyyə qaydalarını pozmaqda ittiham olunduğu məhkəmənin tezliklə başlayacağından məmnun olduğunu bildirib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı məhkəməyə tez başlamalarını arzu etdiyini söyləyib:
“Arzu edirəm ki, biz artıq məhkəməyə başlayaq və müstəqil komissiya baş verənləri mümkün qədər tez ictimaiyyətə açıqlasın”.
Premyer Liqa rəhbərliyi 2024-cü ilin fevralında elan edib ki, “Mançester Siti” klubun 2009/10 mövsümündən 2017/18 mövsümü də daxil olmaqla, gəlirləri haqqında səhv məlumat verməkdə ittiham olunur. Üstəlik, “şəhərlilər” futbolçulara və məşqçilər heyətinə mükafatlar barədə yalan məlumat veriblər.
İngiltərə klubunda baş verən maliyyə pozuntuları ilə bağlı dinləmələr sentyabrda baş tutmalıdır.
Bizi Facebook-da izləyin