Qvardiolanın heyran qaldığı komanda
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasında “Napoli” və “Milan”ın çıxışını dəyərləndirib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, neapolluların 2022/23 mövsümünü titulla başa vuracaqlarını söyləyib:
“İtaliya futbolu hazırda mükəmməldir. “Napoli” – “Milan” (1:1) görüşünü izlədim və təsirləndim. Cari mövsümdə neapollular “Milan”la keçirdiyi oyunlarda inadkar çıxış edib. Hətta bütün qarşılaşmalar azacıq fərqlə yekunlaşıb.
İndi çoxu “Napoli”nin Çempionlar Liqasından kənarda qaldığı üçün pis mövsüm keçirdiyini deməyə başlayacaq. Mən onların oyunlarına heyran qalmışam. Mövsümü titulla başa vuracaqlar. Növbəti mövsümdə Çempionlar Liqasında nələr edəcəklərini görəcəyik.
“Napoli” İtaliya çempionatında “Milan”ı qabaqlayır. Azarkeşlər bunun Çempionlar Liqasında da belə olacağını düşünür. “Milan”ın Avropda özünəməxsus “çip”i var. Onlar “Bayern”ə bənzəyirlər.
Onlar keçmişdə əla komanda idilər. Neçə kubok qazandıqlarını bilmirəm. Güclü kollektivdir”.
Xatırladaq ki, Milan təmsilçisi Çempionlar Liqasının 1/4 finalında “Napoli”ni iki oyunun nəticəsinə əsəsən, 2:1 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə onların rəqibi “İnter” olacaq.
Bizi Facebook-da izləyin