Qvardiolanı sevindirən xəbər

Manuel Akanji “Mançester Siti”nin əsas heyətində məşqləri bərpa edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “şəhərlilər”in çalışdırıcısı Xosep Qvardiola danışıb:

“Akanji məşqə qayıtdı. Bu, bizim üçün əla xəbərdir. Onun qarşıdakı matçda oynamağa hazır olub-olmayacağını hələ bilmirəm. Dünən onun yalnız ilk tam məşqi idi”.

Akanji Premyer Liqanın 12-ci turunda “Tottenhem”lə oyunda zədələnmişdi.

“Mançester Siti”nin növbəti oyunu İngiltərə çempionatının 17-ci turunda “Aston Villa” ilə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button