
Qvardiolanı fitə basdılar
Məhşur “Oasis” qrupunun konsertində maraqlı, bir qədər də gərgin anlar yaşanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbiri qızı ilə birlikdə izləyən “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gözlənilməz şəkildə azarkeşlərin etirazı ilə üzləşib.
Səhnədə çıxış edən məşhur musiqiçi Liam Qallaher növbəti mahnısını ispaniyalı məşqçiyə həsr etmək istədiyini açıqlayıb:
“Növbəti mahnımı bütün zamanların ən böyük məşqçisinə, yeganə və təkrarsız Pep Qvardiolaya həsr edirəm”.
O, daha sonra Qvardiolaya ehtiram əlaməti olaraq səhnədə baş əyib. Ancaq bu, bəzilərinin xoşuna gəlməyib. Tamaşaçılar arasında Qvardiolaya qarşı fit səsləri eşidilməyə başlayıb. Buna dərhal reaksiya verən Liamın qardaşı, “Oasis”in digər üzvü Noel Qallaher sərt ifadələrlə auditoriyanı tənqid edib:
“Kimi fitə basırsız?”
Hadisə sosial şəbəkədə və idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Bizi Facebook-da izləyin



