
Qvardiola futbolçusunun “xəyanət”inə üzülüb
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Kevin de Bruynenin insani keyfiyyətlərindən məyus olub.
Komanda.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Premyer Liqanın bir neçə klubu belçikalı yarımmüdafiəçinin xidmətində maraqlıdır: “Çelsi”, “Arsenal”, “Mançester Yunayted” və “Nyukasl”.
De Bruynenin bu komandalardan birinə keçməyə açıq olduğu deyilir. Bu fakt Qvardiolanı məyus edib, ideyaya xəyanət kimi qiymətləndirib.
34 yaşlı futbolçu daha əvvəl cari mövsümün sonunda “Mançester Siti”dən ayrılacağını açıqlamışdı. O, 2015-ci ildən “şəhərlilər”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



