
Qvardioladan Halandın durumu ilə bağlı açıqlama
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hücumçu Erlinq Halandın vəziyyəti barədə açıqlama verib.
Norveçli forvard martın sonlarından bəri zədə səbəbilə meydana çıxmır.
Komanda.az “City Report”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Halandın tezliklə komandaya qoşulacağını bildirib:
“Haland artıq qismən məşqlərə başlayıb. Dünən isə demək olar ki, tam məşq keçdi. Özünü daha yaxşı hiss edir. Ümid edirəm ki, qarşıdakı oyunlarda komandaya kömək edə biləcək”.
Haland cari mövsümdə keçirdiyi 40 oyunda 30 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Mançester Siti” mayın 3-də Premyer Liqa çərçivəsində öz meydanında “Vulverhempton”u qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin