Qvardioladan Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlama
İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola Rusiya ilə Ukrayna arasındakı müharibə haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 52 yaşlı ispaniyalı mütəxəssis “Marca”ya açıqlamasında, NATO və Avropa ölkələrinin bu məsələdə uğursuz olduğunu bildirib:
“Siyasətçilər birləşib, baş verənlərin qarşısını ala bilərdilər. Amma onlar səriştəsiz olduqları üçün belə hallar baş verir. Həmişə günahsız insanlar əziyyət çəkir. NATO və Avropa ölkələri uğursuzluğa düçar oldu”.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin