
Qvardioladan Qrilişin gələcəyi ilə bağlı açıqlama
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda “Yuventus”a qarşı 5:2 hesablı qələbədən sonra Cek Qrilişin gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az “The Independent”-ə istinadən xəbər verir ki, son günlərdə Qrilişin “Bayern”ə keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Qvardiola, vəziyyətin necə inkişaf edəcəyini bilmədiyini, ancaq ona uğurlar arzuladığını deyib:
“Mən ona hər şeyin ən yaxşısını arzulayıram. Amma nə baş verəcəyini bilmirəm”.
29 yaşlı yarımmüdafiəçi ABŞ-da keçirilən turnir üçün “Mançester Siti”nin heyətinə daxil edilməyib. O, 2024/25 mövsümündə bütün turnirlərdə 32 oyunda meydana çıxaraq, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin



