
Qvardioladan “Mançester Siti”yə ultimatum: “Getməyimi istəmirsizsə…”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın heyətində dəyişikliklərin olacağına ümid etdiyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis hazırda komandanın çox sayda futbolçudan ibarət olduğunu və bunun onun üçün qəbulolunmaz vəziyyət yaratdığını deyib:
“Mən kluba bildirdim ki, bu mənə lazım deyil. Tribunada beş-altı oyunçunun oturmasına ehtiyacım yoxdur. Bunu istəmirəm, əks halda gedəcəm! Heyəti azaltmasalar, komandada qalmayacam. Oyuncuları tribunada qoymaq mənim üçün psixoloji cəhətdən çox ağırdır. Hazırda bu vəziyyət dörd yeni transfer etdiyimiz üçün yaranıb. Ondan əvvəl isə start heyətinə 11 futbolçu tapmaqda çətinlik çəkirdik. Müdafiəçilərimiz yox idi. İndi isə hamı geri dönüb.
Bu vəziyyətin növbəti mövsümdə davam etməsi mümkün deyil. Mən 24 oyunçunu eyni anda məşq etdirə bilmərəm. Belə olmayacaq. Kluba açıq şəkildə bildirdim ki, bu cür işləmək istəmirəm”.
“Şəhərlilər” dünən Premyer Liqa çərçivəsində keçirilən matçda “Bornmut” üzərində 3:1 hesablı qələbə qazanıb.
Bizi Facebook-da izləyin



