Qvardiola De Bruyne ilə bağlı suala cavab vermək istəmədi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Kevin De Bruynenin klubun ona yeni müqavilə təklif etməməsinə verdiyi reaksiyaya aydınlıq gətirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis jurnalistlərin bu mövzuda verdiyi sualı qısa cavablandırıb:

“Mən artıq bu qərarın səbəbini izah etmişəm”.

33 yaşlı futbolçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. O, 2015-ci ildən bəri “şəhərlilər”in formasını geyinir və bu müddət ərzində 417 oyun keçirərək, 107 qol vurub, 177 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button