Qvardioladan futbolçusuna məşqçilik təklifi

“Mançester Siti” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq Fernandinyo komandada qala bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu baş məşqçi Pep Qvardiolanın köməkçisi ola bilər. İspan mütəxəssis Fernandinyoya komandanın məşqçilər heyətində işləməyi təklif edib. Futbolçunun bu təklifə münasibəti bəlli deyil.

Fernandinyo 2013-cü ildən “Mançester Siti”nin şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button