“Heç kim De Bruyne kimi deyil” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardioladan Deyan Kuluşevski ilə Kevin De Bruyneni müqayisə etmək istənilib.

İsveçli yarımmüdafiəçi iki məhsuldar ötürmə ilə Liqa kubokunda “Tottenhem”in “Mançester Siti”yə qalib gəlməsinə kömək edib (2:1).

Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, görüşdən sonra ispaniyalı çalışdırıcıdan Kuluşevski ilə hazırda zədəli De Bruynenin oyununda oxşarlıq görüb-görmədiyi soruşulub:

“Xeyr. Heç kim Kevin kimi deyil. De Bruyne ən yaxşı vaxtında olanda? Onun oyunlarda etdiyi şey hər kəsin gücündən kənardır”.

Kevin De Bruyne əzələ problemlərinə görə bu il sentyabrın 18-dən sıradan çıxıb. 33 yaşlı belçikalı futbolçunun yenidən meydana çıxması noyabrın ikinci yarısına planlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button