Qvardioladan çox şey öyrənib – “Barselona”nın futbolçusu
“Barselona”nın futbolçusu İlkay Gündoğan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola haqda danışıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisdən çox şey öyrəndiyini bildirib:
“Mançester Siti”yə keçməmişdən öncə futbol haqda çox şeyi bildiyimi düşünürdüm. 25-26 yaşım var idi, çox şey gördüyümü zənn edirdim.
Qvardiola məktəbini keçdikdən sonra öncələr futbol haqda çox şey bilmədiyimin fərqinə vardım. Onun “Mançester Siti”yə və şəxsən mənə çox təsiri olub”.
32 yaşlı futbolçu bu yay “Mançester Siti”dən Kataloniya klubuna keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin