Qvardioladan adı “Barselona” ilə hallanan Gündoğan haqda açıqlama
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi İlkay Gündoğanın mümkün gedişi haqda danışıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis almaniyalı futbolçunun ən yaxşısına layiq olduğunu deyib:
“Gələcəkdə Gündoğanın başına nə gələcəyini hələ bilmirik. O, yüz faiz indiki vaxta fokuslanıb. Gələcəkdə nə olacaqsa, olacaq. O, ən yaxşısına layiqdir”.
Daha əvvəl 32 yaşlı futbolçunun karyerasını “Barselona”da davam etdirə biləcəyi bildirilirdi. Onun “Mançester Siti” ilə müqaviləsi mövsümün sonunda başa çatır.
Gündoğan bu mövsüm 40 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin