Qvardioladan 22 oyuna 1 kubok

Futbol üzrə İngiltərə Liqa kubokunun qalibi olan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola karyerasında 29-cu kubokunu qazanıb.

Komanda.az xəbər verir ki, “Aston Villa” üzərində qələbə (2:1) ispaniyalı çalışdırıcının “şəhərlilər”lə 6-cı finalı olub. Maraqlıdı ki, Qvardiolanın komandası bu oyunların hamısında qalib gəlib.

Qeyd edək ki, Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”ni çalışdırır. Komanda bu müddətdə 2 dəfə Premyer Liqanın qalibi olub, üç dəfə liqa kubokunu, bir dəfə ölkə kuboku və iki dəfə İngiltərə Superkubokunu qazanıb.

12 illik məşqçilik karyerası ərzində 625 oyun keçirən Qvardiola, indiyə qədər 29 kubok qazanıb. Bu isə 22 oyuna 1 kubok deməkdi. 49 yaşlı mütəxəssis əvvəlki klublarından “Barselona” ilə 14, “Bavariya” ilə 7 kuboka sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button