Qvardioladan 2020-ci il etirafı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 2020-ci ildə klubu tərk edə bilərmiş.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 2020-ci ildə, “Mançester Siti” maliyyə feyr-pleyini pozmaqda ittiham olunanda klub rəhbərliyi ilə bu barədə söhbət edib:

“Rəhbərliyə dedim ki, “mənə yalan danışırsızsa, ertəsi gün klubda olmayacam, burdan ayrılacam və daha sizi dost hesab etməyəcəm”. Amma mən “Mançester Siti”dəki ilk gündən onlara yüz faiz inanıram. Ona görə də, klubu həmişə müdafiə etməyə hazıram. Kimsə mənə inanmasa belə, mətbuat konfransında dediyim hər sözə inanıram”.

2020-ci ilin əvvəlində UEFA “Mançester Siti”nin 2020/21 və 2021/22 mövsümlərində avrokuboklarda iştirakını qadağan etmək qərarına gəlib ki, bu da klubun 2012-ci ildən 2016-cı ilə qədər təqdim etdiyi maliyyə hesabatlarında sponsorluq gəlirlərini çox göstərməsi ilə əlaqədar idi. Bundan sonra “Mançester Siti” İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib, cəzanı yüngülləşdirib. Belə ki, kluba avrokuboklarda iştiraka icazə verilib və UEFA-ya 10 milyon avro ödənilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button