Qvardiola transferlərlə bağlı danışdı
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bu yay mümkün yeni transferlərlə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı komandanı kimsə tərk etməsə, hazırkı heyətlə qalacaqlarını bildirib:
“Saviodan sonra daha çox imzalar? Hazırda yox. Yaxın gələcəkdə kimsə bizi tərk edərsə, o zaman ola bilər. Amma bu baş verməsə, o zaman hazırkı heyətimizlə qalacağıq”.
Qvardiola 2016-cı ildən “Mançester Siti”nin baş məşqçisidir. Tərəflər arasındakı müqavilə gələn ilin yayında başa çatır. Komanda ötən mövsüm onun rəhbərliyi altında növbəti dəfə İngiltərə çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin