
MS yeni transferlərə 120 milyon avro xərcləyə bilər – Qışda
Yay transfer pəncərəsi Mançester Siti üçün kifayət qədər sakit keçdi. Bununla belə, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola rəhbərlikdən qışda yeni oyunçuların transferini tələb edə bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, lazım gələrsə, ispaniyalı çalışdırıcı komandasının güclənməsi üçün 100 milyon funt sterlinq ayırtdıracaq. Bu məbləği avroya çevirəndə təxminən 120 milyona çatır.
Premyer Liqanın ilk 3 turundan sonra “Mançester Siti” maksimum xal toplayıb – 9. Qvardiolanın komandası növbəti matçını sentyabrın 14-də evdə “Brentford”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin