Qvardiola “Qarabağ”ın rəqibinin baş məşqçisini təriflədi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bayer”in çalışdırıcısı Xabi Alonsonun Leverkuzen klubundakı işini yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, “Bayer”in çempionluğu qazanmama ehtimalının ola biləcəyini düşünür:

“Xabi Alonso fantastik iş görür. “Bayer” Bundesliqada “Bayern”lə qarşılaşan yeganə məğlub olmayan komandadır. İndi mövsümün ən vacib hissəsidir. Onlar çempionluğu qazanmaya bilərlər, itirə bilərlər. Çünki hamı hər şeyin artıq edildiyini düşünür!”

Alonso 2022-ci ildən “Bayer”ə rəhbərlik edir. Almaniya çempionatında keçirilən 23 turdan sonra ispaniyalı mütəxəssisin rəhbərliyi altında “Bayer” 61 xalla turnir cədvəlinə başçılıq edir.

“Bayer” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button