Qvardiola və Haland ən yaxşı seçildi
2022/2023 mövsümünün ən yaxşı futbolçusu bilinib.
Komanda.az xəbər verir ki, bu ada İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland layiq görülüb.
Qalibin adı Fransanın Monako şəhərində keçirilən ÇL-in qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.
Norveçli forvard səsvermədə “şəhərlilər”dəki komanda yoldaşı olan belçikalı yarımmüdafiəçi Kevin De Bröyne və ötən mövsümü Fransa PSJ-sində keçirən argentinalı hücumçu Lionel Messini qabaqlayıb.
Qadınlar arasında ötən mövsümün ən yaxşısı adına isə İspaniya yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Aitana Bonmati layiq görülüb.
2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi də müəyyənləşib. Bu ada İngiltərənin “Mançester Siti” klubuna rəhbərlik edən Pep Qvardiola layiq görülüb.
İspaniyalı mütəxəssisə mükafatı UEFA prezidenti Aleksander Çeferin təqdim edib.
O, səsvermədə İtaliyanın “İnter” klubundakı həmkarı Simone İnzaqi və ötən mövsüm “Napoli”nin “sükanı arxası”nda olan Luçano Spallettini qabaqlayıb.
Bizi Facebook-da izləyin