Qvardiolanı Ferqyusonla müqayisə etdi, “dahi” adlandırdı

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Aleks Ferqyusonla “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiolanı müqayisə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki mütəxəssisi dahi adlandırıb:

“Qvardiola və Ferqyuson futbol dahiləridir. Bəzən olur ki, böyük mütəxəssislər də eyni üsulla qalib gəlməkdən yorulur və fərqli metodları sınaqdan keçirirlər. Mən bunu Ferqyusonun işində hiss etmişdim. İndi Qvardiolada da eyni mənzərəyə şahidlik edirəm”.

“Mançester Siti” ispaniyalı baş məşqçinin rəhbərliyi altında İngiltərə Premyer Liqasında hazırda ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button