“Qvardiola və komandası ilə tez-tez qarşılaşmadığımız üçün xoşbəxtəm”
İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində “Mançester Siti” ilə qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, “şəhərlilər”lə qarşılaşmanın hər zaman çətin olduğunu bildirib:
“Mançester Siti”yə qarşı oyuna tam köklənə bilməsəz, məğlub olarsız. Düzü, Pep Qvardiola və komandası ilə tez-tez qarşılaşmadığımız üçün xoşbəxtəm. Statistikanı izləmirəm, amma bütün oyunların inanılmaz dərəcədə çətin olduğunu bilirəm. “Mançester Siti” ilə oyunlarda mükəmməl təşkilatlanmalı və cəsur futbol oynamalısan. Həm öz futbolumuzu oynamalı, həm də, rəqibə çətinlik yaratmalıyıq”.
“Mançester Siti” – “Liverpul” oyunu bu gün, saat 20:30-da başlayacaq.
Bizi Facebook-da izləyin