Qvardiola üzülüb – Rəqibin futbolçusuna görə
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leyptsiq”lə oyunundan öncə danışıb.
Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, o, Almaniya təmsilçisinin hücumçusu Kristofer Nkunkudan söz açıb:
“O, dünya səviyyəli oyunçudur. Ümid edirəm ki, tezliklə zədəsini sağaldacaq. Onun DÇ-2022-dən kənarda qalmasına üzüldüm. Yüksək səviyyəli futbolçudur. Həmişə TOP-klubların ən yaxşı oyunçularına qarşı oynamağı xoşlayıram”.
Nkunku DÇ-2022-dən öncə, Fransa milli komandasının heyətində məşq edərkən zədələnib.
“Leyptsiq” – “Mançester Siti” qarşılaşması bu gün Almaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin