Qvardiola üzr istədi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hazırda icarə əsasında “Vest Hem”də çıxış edən yarımmüdafiəçi Kelvin Fillipsdən üzr istəyib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 2022-ci ildə futbolçunu kilolu olduğuna görə tənqid edib. İndi Qvardiola bu addımına görə peşman olduğunu dilə gətirib:
“Bəli, üzr istəyirəm. Səkkiz ildən bir üzr istəmək pis deyil. Kelvin Fillipsdən üzr istəyirəm. Mən həqiqətən çox üzr istəyirəm”.
Fillips daha əvvəl mətbuata açıqlamasında bu hadisənin DÇ-2022-dən qayıtdıqdan sonra baş verdiyini bildirmişdi. Fillipsin sözlərinə görə, Qvardiolanın şərhləri onu hədsiz dərəcədə əsəbiləşdirib və özünəinamına mənfi təsir edib.
Fillips bu mövsüm bütün yarışlarda 14 matça çıxıb və 1 qol vurub.
Bizi Facebook-da izləyin