
Qvardiola “Mançester Siti”dən ayrılmağı düşünür
Pep Qvardiola gələn il “Mançester Siti”dən ayrılmağı düşünür.
İspaniyalı mütəxəssisin “şəhərlilər”lə müqaviləsinin müddətinin 2027-ci ilin yayına qədər olmasına baxmayaraq, gələn yay onun üçün ideal ayrılıq vaxtı hesab olunur.
Qvardiola artıq komandada istədiyi heyəti formalaşdırıb və 10 illik dövrdə qazana biləcəyi bütün titulları əldə edib.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, Qvardiola klubdan getsə, yeni baş məşqçi seçimində məsləhətçi kimi iştirak etməyə hazır olacaq, amma qərarı direktorlar şurası verəcək.
Əsas namizədlər sırasında “Bayern”in çalışdırıcısı, “Mançester Siti”nin sabiq kapitanı Vensan Kompani ön plandadır. Belçikalı mütəxəssisin Münhen klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Digər variantlar arasında “Marsel”dən Roberto de Dzerbi və “Bornmut”dan Andoni İraola da yer alır.
Bizi Facebook-da izləyin



