
Qvardiola “Mançester Siti”nin neçə transferə ehtiyacı olduğunu bilmir
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubun transfer planları ilə bağlı sualı cavablandırıb.
“Şəhərlilər”in mövsümü pis keçir və bu yay bazarda aktiv olacağı gözlənilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisdən klubun neçə transferə ehtiyacı olduğunu soruşublar, ancaq o, dəqiq cavab verməyib:
“Heç bir fikrim yoxdur. Ciddi deyirəm. Xeyr, həqiqətən, bilmirəm. Bütün oyunçuların müqavilələri var, görəcəyik. Hazırda heç bir fikrim yoxdur”.
“Mançester Siti” İngiltərə Premyer Liqasının sonuna altı tur qalmış turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Real”a uduzaraq, mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



