“Qvardiola Münhendə inqilab etmək istəyirdi”

“Bazel”in yarımmüdafiəçisi Cerdan Şakiri karyerasının ən yaxşı məşqçisi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu siyahıda iki mütəxəssisin adını çəkib:

“Mən Pep Qvardiolanın adını çəkmək istəyirəm. Taktika və oyun quruluşu baxımından o, birinci yerdədir. Qvardiola Münhendə (“Bayern”) inqilab etmək istəyirdi. Düşünürəm ki, o, öz ideyalarını həyata keçirə bilib.

Otmar Hitsfeldi də qeyd etmək istərdim. O, başqa dövrün mütəxəssisidir”.

Şakiri 2024-cü ilin yayında azad agent kimi “Bazel”ə keçib. 33 yaşlı isveçrəli futbolçu daha əvvəl “Bayern”, “Liverpul”, “İnter” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button