
Qvardiola Edersona görə tənqid olundu
“Mançester Siti”nin qapıçısı Ederson şənbə günü “Vulverhempton”la matçın heyətinə daxil edilməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun yoxluğu onun “Qalatasaray”a mümkün transferi ilə bağlı olduğu ehtimal olunub. Lakin “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola qolkiperin matçda iştirak etməməsini mətbuat konfransında səhhətində problem yaranması ilə izah edib. Bu açıqlama sosial şəbəkədə tənqidlərlə üzləşib. Azarkeşlər Qvardiolanı yalan danışmaqda günahlandırıblar və Edersonun komandadan tezliklə ayrılacağına görə, heyətdə olmamasına inanıblar.
“Mançester Siti” “Vulverhempton”u 4:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



