İddia: Qvardiola “Mançester Siti”ni tərk etmək istəmir

Pep Qvardiolanın gələcəyi müzakirə olunur, çünki baş məşqçinin “Mançester Siti” ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin yaxın vaxtlarda gələcəklə bağlı qərar verəcəyi gözlənilir.

Bu arada, mətbuatda Qvardiola ilə bağlı yeni məlumatlar yer alıb. “Mançester Siti”ni maliyyə pozuntularına görə ciddi cəza gözləyirsə, ispaniyalı çalışdırıcı ilə müqavilənin uzadılması ehtimalı daha yüksək olacaq. Məsələ burasındadır ki, o, çətin vəziyyətdə klubunu tərk etmək istəmir.

“Mançester Siti” 115 maliyyə qaydasını pozmaqda ittiham olunur. Dinləmələr sentyabrda başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button