Qvardiola: “Salahın səviyyəsinə heç bir şübhəm yoxdur”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Liverpul”un hücumçu Məhəmməd Salahla yeni müqavilə imzalaması xəbərinə münasibət bildirib.

Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bunun əla xəbər olduğunu söyləyib:

“Bu əla xəbərdir. Amma bu məsələdə “Liverpul” azarkeşləri və komandanın baş məşqçisi Arne Slotla əlaqə saxlamaq daha yaxşıdır. Salahın səviyyəsinə heç bir şübhəm yoxdur”.

Dünən misirli hücumçunun mersisaydlılarla müqaviləsinin müddətini 2027-ci ilin ortalarına qədər uzatdığı açıqlanmışdı. O, bu mövsüm komandanın heyətində 45 oyun keçirib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button