
“Mançester Siti” Rodrini itirib
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola zədəli yarımmüdafiəçi Rodrinin vəziyyəti barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun növbəti oyunlarda iştirak edə bilməyəcəyini bildirib:
“Onun “Vilyarreal”a qarşı oynaya biləcəyini düşünmürəm. “Aston Villa”ya qarşı da bu, çətin ki olsun. Ehtiyatlı olmalıyıq. Dəfələrlə yeni zədələrin qarşısını almaq üçün cəhd etdik, lakin buna nail ola bilmədik”.
29 yaşlı futbolçu son turda Premyer Liqada “Everton”la oyunu (2:0) buraxıb.
“Şəhərlilər” əvvəlcə Çempionlar Liqasında “Vilyarreal”la, oktyabrın 26-da isə İngiltərə Premyer Liqasında “Aston Villa” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



